Tələbənin sınaq dərsi keçirilmişdir

Gəncə şəhər 31 nömrəli  tam orta məktəbdə Xarici dillər  fakültəsinin Alman dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Nəbili Gülşənin “Beim Zahnarzt” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev,  təcrübə rəhbəri baş müəllim Vüsalə Kərimova, orta məktəbin Tədris işləri üzrə direktor müavini Elçin Qurbanov, Alman dili müəllimi Pərvanə Hacıyeva və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər. 

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.