Tarix yazan qəhrəmanlar!

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş  Tarix yazan qəhrəmanlar! adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

 Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığından danışıb, bu gün hər bir vətəndaşın onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.  Prorektor Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını söyləyib və ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıdan danışıb. 

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov, o cümlədən Menecment və turizm işi kafedrasının müdiri Əli Allahverdiyev vurğulayıb ki,  xalqımız 30 ilə yaxın idi ki,  torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşayıb  və qələbə müjdəsini gözləyib. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və ölkəmiz böyük Qələbənin sevincini yaşadı. İşğalda olan torpaqlarımız azad edildi.

 Tədbirdə  şəhid Ruslan Abbasovun qızı, İqtisadiyyat ixtisasının ll kurs tələbəsi Maya Abbasova,  şəhid Ağa Hüseynlinin bacısı, Menecment ixtisasının l kurs tələbəsi Nuranə Hüseynzadə şəhidlərin şərəfli döyüş yolundan danışıblar.

Sonda lll kurs tələbəsi Banuçiçək Quliyevanın ifasında vətənpərvərlik mövzusunda şer səsləndirilib.