Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu tərəfindən Gəncə Dövlət Universitetinə kitablar hədiyyə edilib

    Türkiyə Respublikasının  Gəncədəki Baş Konsulu Zeki Öztürk Gəncə Dövlət Universitetinin Nuru Paşa adına müasir kitabxanasında olub. Baş Konsul müəllifi olduğu kitabları kitabxanaya hədiyyə edib.

   Görüşdə universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov Baş Konsul Zeki Öztürkə universitet rəhbərliyi adından təşəkkürünü bildirib və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən ətraflı danışıb.

   Baş Konsul Zeki Öztürk hədiyyə etdiyi kitablar haqqında məlumat verərək bildirib ki, burada Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri, o cümlədən  Gəncə şəhərinin tarixi abidələrinə dair geniş məqalələr öz əksini tapıb.

   Bildirək ki, Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ildə Bakı şəhərinin bolşevik-daşnak işğalından azad olunmasında böyük xidmətlər göstərmiş türk ordusunun general-leytenantı Nuru Paşanın adına universitetin müasir kitabxanasında Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti