Üç fakültə arasında keçirilən intellektual yarışın qalibləri müəyyən olub

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə intellektual fərdi yarış keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, ali-təhsil müəssisəsində mütəmadi olaraq keçirilən bu cür yarışların ümumi məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, bu sahədə bilikli tələbələri aşkarlayıb onların fərdi inkişafına köməklik göstərməkdir.
Fərdi sual-cavab formasında keçirilən yarışda universitetin iqtisadiyyat və idarəetmə, pedaqoji və xarici dillər fakültələrindən 60 tələbə iştirak edib.
İştirakçılar yarış müddətində 20 sualı düzgün cavablandırmaq uğrunda mübarizə aparıblar.

Yarışmanın nəticələrinə görə İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Hacızadə Şəmil, və Xarici Dillər fakültəsinin birinci kurs tələbəsi Cəfərova Lalə 1-ci yerə layiq görülüblər.

Sonda qalib tələbələr hədiyyə ilə mükafatlandırılıb.