Ulu Öndərin xatirəsinə həsr olunmuş “Nə ? Harada? Nə zaman ? “ oyunu üzrə bilik yarışı təşkil edildi
Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə Tələbə Gənclər Təşkilatı silsilə olaraq məqalə, inşa-yazı, intellektual oyun müsabiqəsi, müxtəlif məzmunlu tədbirlər həyata keçirir. 08 dekabr 2014- cü il tarixdə də Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “İntellektual gənclər” klubu Ulu Öndərin xatirəsinə həsr olunmuş “Nə ? Harada? Nə zaman ? “ oyunu üzrə bilik yarışı təşkil etdi. Yarışa 16 komanda olmaqla 96 tələbə qatıldı.
Yarışda “Magistrlər” komandası I yeri, “Qorxmazlar”, “Gilyatina”, “Recordman” komandaları isə yüksək nəticələr göstərərək qalib yerləri tutdular. Qaliblər dekabr ayının 10-da digər inşa-yazı, məqalə müsabiqələrinin qalibləri ilə birgə mükafatlandırılacaqlar.