ULU ÖNDƏRƏ HƏSR EDİlMİŞ ELMİ KONFRANS

6.05.2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas binasının akt zalında  Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar elmi konfrans keçirilmişdir. Universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə konfransı açaraq, qeyd etdi ki, Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, neçə-neçə elmi konfranslar keçirilsə də, yenə də onun irsinin, dövlətçilik, idarəetmə sahəsindəki qabiliyyətinin, praktik fəaliyyətinin öyrənilməsinə, tədqiqinə ciddi ehtiyac duyulur.
Filologiya elmləri doktoru, professor Mübariz Yusibovun, Universitet YAP-ın  Gəncə Dövlət Universiteti üzrə ərazi təşkilatının sədri Cavid Bağırzadənin  Xarici dillər fakültəsinin dekanı, dosent Əjdər Əskərovun, sosial fənnlər kafedrasının müdiri, dosent Cavad Tağıyevin və başqalarının məruzələrində bu fikir bir daha vurğulandı.