GDU-nun əməkdaşları turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə keçirilən görüşdə iştirak ediblər

22-23 aprel tarixlərində Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşəbbüsü ilə təşkilata üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilib.

   Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edib.

     Gəncə Dövlət Universitetini dosent Nazilə İsgəndərova    və  Menecment və turizm işi kafedrasının  professor Arzu Həsənov təmsil edib.

       Birinci panel “Turizm təhsilində ən yaxşı təcrübələr” mövzusunda davam edib. Hökumət, təhsil, sənayenin əlaqələndirilməsi mövzusu ətrafında müzakirələr aparılıb.

     İkinci paneldə “Kurrikulumun dizaynı; Gələcyin tələbatları naminə Turizm Təhsilinin Təkmilləşdirilməsi” mövzusu üzrə çıxışlar olub.

     Üçüncü paneldə “Turizm Təhsilində Keyfiyyət Təminatı və Akkreditasiya “ mövzusunda panel müzakirələri edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti