ULU ÖNDƏRİN BÜSTÜ QOYULDU


05 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində əsl bayram idi. Bu bayram Universitetin tarixinə, əməkdaşların yaddaşına daim həkk olunmuş bir günə çevrildi. Ulu Öndər Heydər Əliyevin büstünün açılışı oldu.
Bütün ömrünü xalqına sərf etmiş Heydər Əliyev başqa sahələrlə bərabər təhsilimizə də xüsusi qayğı göstərmiş, onun dünya standartları səviyyəsinə yüksəlməsi üçün var qüvvəsini əsirgəməmişdir. Gəncə Dövlət Universiteti də bu qayğıdan həmişə bəhrələnmişdir. Məhz Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Sərəncamı ilə  “Azərbaycan Respublikasinda təhsil sisteminin təkmilləşdirilməsi haqqında ” 13 iyun 2000-ci il tarixli fərmanı ilə Gəncə Dövlət Pedaqoji Institutunun profıli genişləndirilməklə Gəncə Dövlət Universiteti yaradılmışdır
Universitetin baş binasının foyesində qoyulan və Ural mərmərindən böyük sənətkarlıqla yaradılmış büstün açılış mərasimində xarici qonaqlar, AMEA-nın akademikləri,   AMEA-nın Gəncə bölməsinin sədri, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Fuad Əliyev, İcra hakimiyyətinin humanitar məsələlər üzrə müavini professor Sevda Qurbanəliyeva, KİV-nin nümayəndələri, professor-müəllim heyətiu iştirak edirdi.
Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə qonaqları, mərasimə toplanmış əməkdaşları salamlayaraq sözü universitetin rektoru professor Yusif Yusibova verdi. Yusif müəllim Ulu Öndərin Azərbaycanın hərtərəfli inkişafında xidmətləridən bəhs edərək Azərbaycan xalqının belə bir lideri olması ilə fəxr etdiyini bildirdi. Bu xalq həm də xoşbəxtdir ki, dahi rəhbərin xarici və daxili siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Universitet əməkdaşları da ölməz Ulu Öndərin büstünü qoymaqla onun ideyalarına bir daha sədaqətli olduqlarını nümayiş etdirdilər.
Dahi rəhbərin büstünün örtüyü götürüldükdən sonra önünə əklillər  qoyuldu və bütün iştirakçılar, müəllim və tələbələr öz sonsuz ehtiramlarını bildirdilər.