Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Gəncə Dövlət Universitetində ağacəkmə aksiyası keçirilib

2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Gəncə Dövlət Universitetinin tədris korpuslarının və Tələbə Yataqxana binasının həyətində ağacəkmə aksiyası keçirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ali təhsil ocağında təsdiq edilən tədbirlər planı və bu istiqamətdə həyata keçirilən mühüm işlərdən danışıb.

Rektor Yusif Yusibov bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəsilə aşılanması məqsədi ilə universitetdə ardıcıl tədbirlər keçirilir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyasının məqsədi isə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.

Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin böyük ruh yüksəkliyi ilə qoşulduğu aksiyada 100 ədəd şam ağacı tingi əkilib. Yeni əkilən ağac tingləri suvarılıb və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

2023-cü ilin “Heydər Əliyev ili” elan olunması əlaqədar tədbirlər planına əsasən Gəncə Dövlət Universitetində müxtəlif tədbirlər həyata keçiriləcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti