Təcrübəçi tələbələrimizə sertifikatlar təqdim olunub

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Psixologiya ixtisasının IV kurs tələbələrinin Narınc Psixologiya Mərkəzinin Gəncə filialında təcrübə proqramı uğurla başa çatıb.

      Yekun olaraq təcrübədə fəal iştirak edən universitet tələbələrinə Mərkəzin Gəncə filialında sertifikatlar təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

      Tədbirdə Narınc Psixologiya Mərkəzinin Gəncə filialının direktoru Himain Fəzizadə, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Pedaqoji fakültənin dekanı Zaur Hüseynzadə, dekan müavini İlqar Haqverdiyev, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, fənn müəllimləri Leyla Həsənova, Pərvanə Məmmədova və təcrübəçi tələbələr iştirak ediblər.

    Çıxış edənlər universitet rəhbərliyi adından tələbələr üçün yaradılmış şəraitə görə Narınc Psixologiya Mərkəzinin rəhbərliyinə təşəkkür ediblər.

     Narınc Psixologiya Mərkəzinin Gəncə filialının direktoru Himain Fəzizadə gələcəkdə bir neçə fəal təcrübəçi tələbənin müəssisədə işlə təmin olunmasında köməklik göstərəcəyini bildirib.

     Sonda təcrübəçi tələbələr tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

    Bildirək ki, Pedaqoji fakültənin Psixologiya ixtisasının IV kurs tələbələri 16.02.2023-cü il tarixdən 31.03.2023-cü il tarixə qədər Narınc Psixologiya Mərkəzinin Gəncə filialında təcrübə keçiblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti