ÜMUMXALQ SƏSVERMƏSİ

26 sentyabr 2016-cı il tarixdə  Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsinə – referenduma start verildi.  Gəncə Dövlət Universitetinin Əsas binasında yerləşən 13 saylı səsvermə məntəqəsi müəyyən edilmiş vaxtda qapılarını səs verəcək insanların üzünə açdı. Rəsmi siyahı əsasında tələbələr, müəllimlər və Gəncə sakinləri dəstə-dəstə səsvermədə iştirak edirdilər. Məntəqədəki nizam-intizam, səliqə yerli müşahidəçilərin, müşahidəçi məqsədilə gələn xarici qonaqların ürəyincə olmuşdur. Buradakı obyektivlik, şəffaflıq elə ilk saatlardan referendumun uğurla başa çatacağına yüksək rəy yaradırdı.