UNİVERSİTET TƏLƏBƏLƏRİNİN NÖVBƏTİ UĞURU

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşşəbbüsü ilə Gəncədə Fəaliyyət göstərən Ali və orta ixtisas məktəbləri arasında, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98- ci il dönümü ilə bağlı şahmat və tennis  yarışları təşkil olunub.

YAP Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən şahmat və tennis yarışlarında Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət şahmat və tennis üzrə komandaları  bütün rəqiblərinə böyük xal fərqi ilə qalib gələrək birinci yerə çıxmışdılar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti