Universitet tələbəsinin açıq dərsi keçirilib
İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyində Kimya – biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Sinarə Şükürlünün 6b sinifində “Heyvanların tənəffüsü” mövzusun da sınaq dərsi keçirilmişdir.
Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, orta məktəbin biologiya müəllimi Ülviyyə Məhərrəmova, həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər. Təcrübəçi tələbə Sinarə Şükürlü keçmiş mövzu “Bitkilərin tənəffüsü” ilə əlaqədar olaraq şagirdlərin biliyini sual –cavabla apardıqdan sonra yeni mövzunun izahına başladı.
Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.
Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.
Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.