UNİVERSİTETDƏ BU İL MAGİSTRATURANİ BAŞA VURACAQ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində bu il magistraturanı başa vuracaq tələbələrlə görüş keçirilmişdir.
Görüşü universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov açaraq təhsil ocağını bitirəcək magistrlərə gələcək həyatlarında uğurlar arzuladıqdan sonra bəzi məsələlərə aydınlıq gətirmişdir.
Diqqətə çatdırılmışdır ki, artıq orta məktəblərdə keçirilən açıq dərslər və istehsalat təcrübələri başa çatmışdır. Əldə olunan faktlara əsasən demək olar ki, həm açıq dərslər, həm də istehsalat təcrübələri yüksək səviyyədə keçmişdir.
Görüşdə o da vurğulanmışdır ki, imtahanlarda akademik borcu olan tələbələr tədris ili başa çatana kimi həmin borclarını vaxtında verməli, təhsil haqqının ödənilməsini başa çatdırmalı, təcrübələrdə iştirak edən tələbələr hesabatlarını vaxtında təqdim etməlidirlər. Ümumiyyətlə universiteti başa vuran hər bir tələbə təhsil ocağına heç bir borcu qalmaması barədə arayış təqdim etməlidir.
Sonda tələbələri maraqlandıran suallara cavab verilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.