UNİVERSİTETDƏ QABİLİYYƏT TƏLƏB EDƏN İXTİSASLARDA BU GÜNDƏN ƏYANİ DƏRSLƏRƏ START VERİLİB

Bu gündən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa edilir.

Gəncə Dövlət Universitetində də qabiliyyət tələb edən ixtisaslarda əyani dərslərə start verilmişdir. Universitetin rektoru professor Yusif Yusibov  əyani dərslərin qismən başlanması ilə II tədris binasında prafilaktik məqsədlə görülən işlərlə tanış olmuş, əyani dərslərdə iştirak edən tələbələrlə görüşmüşdür.

Tələbələr universitet binasına daxil olmadan əvvəl onların temperaturu  universitet əməkdaşları tərəfindən termometrlə ölçülmüş, əlləri xüsusi dizenfeksiyaedici məhlulla dezinfeksiya edildikdən sonra  binaya buraxılmışdılar.

Rektor Yusif Yusibov Təsviri incəsənət və Musiqi  fənnləri kafdralarında əyani dərslərdə iştirak edən  tələbələrlə görüşərək bu gün start verilən təhsil günündə onlara uğurlar arzu edərək, dərs ilinin əyani davam etməsini, tezliklə koronovirusa birdəfəlik əlvida deməyi  arzulamışdır.