Universitetdə Qarabağ müharibəsi iştirakçısı olan professor-müəllim heyətinin, əməkdaşlarının əməkhaqları artırılıb
Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.
Azərbaycanda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, veteranlar, müharibə iştirakçıları və şəhid ailələri yüksək dövlət qayğısı ilə əhatə olur. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Gəncə Dövlət Universitetinin rəhbərliyi də bu siyasətin davamı olaraq Universitetin Elmi Şurasının 28 dekabr 2021-ci il tarixli qərarına əsasən Qarabağ müharibəsinda iştirak edən universitetin 12 nəfər professor-müəllim heyətinin, əməkdaşının hər birinin aylıq əmək haqqına büdcədənkənar vəsait hesabına 100 (yüz) manat əlavə edib.