UNİVERSİTETDƏ TƏQDİMAT KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində Azərbaycan respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı İnkişafı Proqram ilə birgə “Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Dördüncü Milli Məllumatın hazırlanmasına texniki yardım” və “EU4Climate” layihələrinin təqdimatı keçirilmişdir.
Təqdimatda Parlamentin Təbii Ehtiyatlar Ekologiya və Energetika komitəsinin baş müşaviri Şamil Hüseynov, BMT-nin İnkişaf Proqramının baş müşaviri Çingiz Məmmədov, Ekologiya Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Deportamentinin baş məsləhətçisi Yaşar Kərimov, BMT İnkişaf Proqramının layihə koordinatoru Elana Əlizadə, eləcə də universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya-Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycanın Qərb bölgəsində İqlim Dəyişmələri ilə bağlı bilik və məlumatların artırılması üzrə seminarda tələbələrə ətraflı məlumatlar verilmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.