Universitetdə maarifləndirici tədbir keçirilmişdir

Universitetdə dövrümüzün aktual problemi olan “Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə” mövzusunda  videokanfrans təşkil edilib.

Tədbiri açan  universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Bildirib ki, tədbirin məqsədi bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedurla və şərtlərlə tanış etməkdir. Gülsüm Fətəliyeva Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdıraraq gəncləri hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq durmağa çağırıb. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ ‐ məişət zorakılığı haqqında tez‐tez eşitməyə başlamışıq. Ailədə zorakılıq, olduqca geniş mövzudur, bu, həm kişinin qadına, uşaqlara qarşı zorakılıq etməsidir, eyni zamanda qadının kişiyə  və uşaqlara qarşı zorakılığı, həmçinin ailədəki qocalara təzyiq də ailəiçi zorakılıq adlanır. Qadınlara və uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə  coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Qadınlara və uşaqlara qarşı zorakılıq insanlığın  ən utancverici insan haqları pozuntusu halıdır. Qadınlara qarşı zorakılıq cəmiyyətdə  qadınlara və  kişilərə  fərqli yanaşmadan irəli gəlir. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Prorektor Gülsüm Fətəliyeva məişət zorakılığı və insan alveri istiqamətində həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Videokonfransda Sosial fənlər kafedrasının müdiri  Asim Məmmədov ““Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizədə dövlət – cəmiyyət əməkdaşlığının əhəmiyyəti”, həmin kafedranın müəllimləri Ramin Əliyev “Məişət zorakılığı və İnsan alverinə qarşı hüquqi müstəvidə mübarizənin əhəmiyyəti” , Yeganə Əhmədova “Məişət zorakılığı ailə institutuna yönələn əsas təhlükələrdən biridir” , Gülnar Rəhimova “İnsan alverinə qarşı mübarizə – ümumbəşəri problem kimi”   , Fizika kafedrasının baş müəllimi Südabə Məmmədova “Gender əsaslı zorakılıqla mübarizədə QHT-lərin rolu” , Rus dili kafedrasının dosenti Kübra Ələkbərova “Gender əsaslı zorakılıq: onun qarşısının alınmas”  haqqında məruzələrlə çıxış ediblər.

Məruzəçilər qeyd ediblər ki, bu gün ölkəmizdə  qadın hüquqlarının təminatını bir sıra yerli və  beynəlxalq qanunvericilik təmin edir. 1995‐ci ildə Azərbaycan BMT‐nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyasına  qoşuldu. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Ümummilli Lider   Heydər Əliyevin  qadınlara  həssas  diqqət və qayğısından danışan məruzəçilər Ulu Öndər tərəfindən  1998-ci ildə “Azərbaycan  qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamını da bu qayğının təzahürü kimi  dəyərləndirmiş, ulu öndərin siyasi xəttinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Natiqlər bildiriblər ki, 10 oktyabr 2006‐cı il tarixində Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu qəbul edildi. Bundan başqa Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə” Qanun da vardır. Qeyd olunanlara  əlavə  olaraq 22 iyun 2010‐cu ildə  “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qəbul edilmiş Qanunlar və 27 noyabr 2020-ci ildə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi,  eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində  tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Bu Qanunların mühüm cəhəti cinsi mənsubiyyətə  görə  ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və  qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial  və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.  Müstəqil Azərbaycanda milli qanunvericilik müasir dövrdə  demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərini  təşkil edir.