UNİVERSİTETDƏ SEMİNAR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində İnkişaf və Karyera Mərkəzinin(GİKM)  Gəncə şəhər nümayəndəliyinin təşkilatçılığı ilə gənclərin ictimai fəaliyyətə təşviqi və GİKM-in gənclər üçün yaratdığı imkanlarını təbliğ etmək məqsədilə seminar  keçirilmişdir.

Gəncə İnkişaf və Karyera Mərkəzinin Gəncə şəhər nümayəndəliyinin direktoru Seymur Vəliyev bildirib ki, Mərkəz Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2 fevral 2019-cu ildən fəaliyyətə başlayıb. Seymur Vəliyev gənclər üçün xaricdə təhsil imkanları, təqaüd proqramları, müraciət qaydaları, Azərbaycan Respublikasının Gənclər Fondunun xaricdə təhsil proqramı haqqında tələbələrə məlumat vermişdir. Mərkəzin əsas məqsədinin isə gənclərin şəxsi və peşəkar sahədə inkişafına təkan vermək, karyera seçimində düzgün istiqamətləndirmək olduğunu bildirmişdir.