Universitetimiz Azərbaycanın “Qırmızı kitab”ının ikinci nəşrinin hazırlanmasında iştirak etdi!

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2 cildlik “Qırmızı kitab” çap olunmuşdur. Professor Vaqif Seyfəddin oğlu Novruzov “Qırmızı kitab”ın redaksiya heyətinin üzvü, eyni zamanda professor Vaqif Seyfəddin oğlu Novruzov, dosent Zülxumar İsmayılova, dosent Aynur Bayramova kitabın müəlliflərindən olmuşlar. Adları çəkilən müəlliflərin son 1 ildə impakt faktorlu jurnallarda məqalələri və monoqrafiyaları çap olunmuşdur. Göstərilənləri nəzərə alaraq Novruzov Vaqif Seyfəddin oğlunun “İlin ən yaxşı alimi” nominasiyası və həmçinin, professor V.S.Novruzov, dosent Z.İsmayılova, dosent A.Bayramovanın Universitet  Elmi şurasının 14.11.2014-cü il tarixli qərarı ilə hər biri büdcədənkənar vəsait hesabına bir aylıq əlavə əmək haqqı məbləğində pul mükafatı ilə mükafatlandırılmışdır.