UNİVERSİTETİN ƏLAVƏ TƏHSİL FAKÜLTƏSİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin əlavə təhsil fakültəsində yenidən hazırlanma təhsili alan dinləyicilərlə görüş keçirilmişdir. Qeyd edək ki, fakultədə 8 ixtisas üzrə 127 nəfər olmaqla məqbul imtahan sessiyasına buraxılmışdır. Hal-hazırda imtahanlar davam edir.

Əlavə Təhsil fakültəsində təhsil alan dinləyicilərlə keçirilən maarifləndirici  görüşdə təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və fakültənin dekanı dosent Zakir Zeynalov dinləyicilərə təcrübənin məqsəd və vəzifələri, gələcəkdə keçiriləcək sınaq dərsləri haqqında məlumat vermişlər.

Sonda dinləyiciləri maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.

            MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ