Universitetin professor-müəllim heyəti 8 Mart Beynəlxalq Qadınlar Günü bayramını “İmperial” əyləncə mərkəzində qeyd etdilər

Gəncə Dövlət Universitetinin (GDU) Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin bir qrup fəal qadınları ilə 8 Mart-Beynəlxalq Qadınlar günü keçirildi.

“İmperial” əyləncə mərkəzində təşkil edilmiş tədbiri universitetin AHİK-nin sədri Afaq Qasımova açaraq tədbir iştirakçılarını GDU-nun rektoru, professor Yusif Yusibovun və özünün adından təbrik etdi, onlara can sağlığı və işlərində uğurlar arzuladı.

Universitetin bütün kafedra və şöbələrini təmsil edən qadınlar adından millət vəkili, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Botanika kafedrasının dosenti Zilxumar İsmayılova, Kimya kafedrasının müdiri Aynur Məmmədova, Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Ziyafət Bayramova çıxış edib ürək sözlərini söylədilər, qadınları təbrik etdilər.

Tədbir iştirakçıları sonda bayram süfrəli, musiqili, əyləncəli proqramla zəngin bu tədbir üçün universitetin  rektoru Yusif Yusibova və AHİK-nin sədri Afaq Qasımovaya təşəkkür etdilər.

Qeyd edək ki, universitetin 40 qadın əməkdaşı 8 Mart bayramı münasibətilə pul mükafatına layiq görülüb.