UNİVERSİTETİN REKTORU VƏ KOLLEKTİVİ XOCALI QURBANLARININ XATİRƏSİNƏ KEÇİRİLƏN ANIM TƏDBİRİNDƏ VƏ AĞACƏKMƏ AKSİYASINDA İŞTİRAK EDİBLƏR

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin ildönümü ilə əlaqədar Gəncədə anım tədbiri və ağacəkmə aksiyası keçirilib.

Anım mərasimində Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov və professor-müəllim heyəti  də iştirak ediblər. Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə – 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edən universitetin professor-müəllim heyəti abidənin önünə tər çiçəklər düzüblər.

Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən ağacəkmə aksiyasında soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib.

Rektor Yusif Yusibov və universitet kollektivi aksiyada da iştirak edərək, yerli iqlim şəraitinə uyğunlaşdırılmış ağac tingləri əkiblər. Əkilən tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.

Rektor Yusif Yusibov və universitet kollektivi aksiyada da iştirak edərək, yerli iqlim şəraitinə uyğunlaşdırılmış ağac tingləri əkiblər.