UNİVERSİTETİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ NÖVBƏTİ UĞURU

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər Evinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər günü”nə həsr olunan tədbir təşkil olunub. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq tədbir Gəncə Gənclər Evinin qarşısında açıq hava şəraitində baş tutub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, başçının müavini Kamran Məhərrəmov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və fəal gənclər iştirak ediblər.

Tədbirdə bir qrup gənc Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunublar.

Universitetin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov 2020-ci ildə Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə “2 fevral – Gənclər günü” münasibəti ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 25.01.2021-ci il tarixli 05 nömrəli sərəncamı ilə təltif olunub.

Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovu təbrik edir ona gələcək işlərində uğurlar arzulayırıq!