YAP GDU-NUN HESABAT-SEÇKİ İCLASI 

         14 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində YAP-ın ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. İclasda universitetin rektoru professor Yusif  Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının şöbə müdiri İsmayıl İsmayılov, universitetin Elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə,  rektorun baş müşaviri dosent Asif Cavadov, Humanitar məsəslələr üzrə prorektor, dosent Gülsüm Fətəliyeva və universitetin partiya üzvləri iştirak etdilər.         Yığıncaqda YAP GDU ərazi ilk partiya təşkilatının sədri dosent Cavid Bağırzadə hesabat dövrü ərzində görülmüş işlər barədə geniş məlumat verərək  qeyd etdi ki, təşkilatın  fəaliyyətində əsas istiqamətlər ölkəmizin siyasi-sosial mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nəaliyyətlərin, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttinin,  partiyanın proqram prinsiplərinin ictimaiyyət arasında geniş şəkildə izahı və təbliği,YAP sıralarının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılması və digər cari işlərin yerinə yetirilməsi olmuşdur.   Hesabat məruzəsi ətrafında rektorun baş müşaviri dosent Asif Cavadov, Humanitar məsəslələr üzrə prorektor, dosent Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov  çıxış etdilər.

         YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək YAP GDU ərazi ilk partiya  təşkilatının fəaliyyətini müsbət dəyərləndirdi.      Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin cəmiyyətimizdə geniş təbliğ olunmasında universitetin partiya üzvlərinin fəal rol oynadığını, onların  ictimai-siyasi proseslərdə fəal iştirak etdiklərini razılıqla vurğuladı.

YAP GDU ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirildi.  Azərbaycan tarixi kafedrasının dosenti, YAP Gəncə şəhər təşkilatı Siyasi Şurasının üzvü  Cavid Bağırzadə yenidən ilk partiya təşkilatının sədri, universitetin  Heydər Əliyev muzeyinin müdiri Fazilə Cəfərova,  Riyazi analiz kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Nazim Nemətov  sədr müavinləri  və 23 nəfərdən ibarət yeni idarə heyəti seçildi. Eyni zamanda YAP Gəncə şəhər təşkilatının IX seçki hesabat konfransında iştirak etmək üçün 27 nəfərin namizədliyi qəbul olundu.