YENİ HEYƏTLƏ GÖRÜŞ

20 aprel 2016-cı il tarixdə humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov Universitetin  YAP Gənclər Birliyinin sədri Elmir Bağırovun rəhbərliyi ilə  fakültələrdə seçilmiş yeni heyətlə görüş keçirmişdir. Görüş zamanı yeni heyətin iş planları müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

O da qeyd edilmişdir ki, şanlı ordumuz az vaxt ərzində erməni faşistləri üzərində parlaq qələbə qazanaraq xeyli torpaqlarımızı azad etmişdir. Onlar Azərbaycan gəncliyinin nəyə qadir olduğunu gördülər. Bu qələbə Vətənimizin hər bucağında hədsiz coşqu ilə qarşılandı. Gənclərimizin nümayişləri əsgərlərimizə böyük dayaq oldu. Yap Gənclər Birliyi gənclərimiz arasında bu coşqunu, Vətənə, xalqa məhəbbəti həmişə yüksək tutmalı, əsil tərbiyə məktəbi olmalıdır.