ŞƏXSİYYƏT PSİXOLOGİYASINDA YALTAQLIQ PROBLEMİ

20 dekabr 2016-cı il tarixdə Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Telli Cabbarova və  elmi rəhbər baş müəllim Pərvanə Məmmədovanın xüsusi təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti “Şəxsiyyət psixologiyasında yaltaqlıq problemi” mövzusunda seminar keçirmişdir.

Universitet Tələbə Elmi Cəmiyyətinin sədri dosent Sahil İbrahimli giriş sözündə yaltaqlığın cəmiyyət üçün böyük bəla olduğunu , onun şəxsiyyəti iflic etdiyini qeyd edərək mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırmışdır. Pedaqoji fakültənin TSPX ixtisasının  IV kurs tələbəsi Aysel Allahverdiyeva məruzəsində  iştirakçılara mövzu ilə əlaqədar dolğun məlumat vermişdir.

İşgüzar şəraitində keçən seminar iştirakçıların rəğbətinə səbəb olmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 3 =