ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

Aprelin 29-da Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş Gənc Tədqiqatçıların IV Beynəlxalq elmi konfransı keçirilmişdir. Konfransda  Gəncə Dövlət Universitetinin əməkdaşlarından Azərbaycan və dünya ədəbiyyatının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, Azərbaycan dilinin tədrisi metodikası kafedrasının baş müəllimi Aytən Əhmədova,  Pedaqogika və təhsilin əsasları kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Günay Kazımova maraqlı mövzularda çıxış etmişlər.

Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasından kafedra müdiri dosent Mehdi Rəhimovun, Elnarə Abdullayevanın, Aygün Talıbovanın, Türkan Həsənovanın, Kəmalə Əliyevanın, Alman dili kafedrasından Elvin Atakişiyevin, Leksika və ölkəşünaslıq kafedrasından Şəbnəm Məmmədovanın  da çıxışları uğurlu olmuş, sertifikatla təltif olunmuşlar.