PROFESSORUN AÇIQ DƏRSİ

Gəncə Dövlət Universiteti 22 aprel 2016-cı il tarixdə Mir Cəlal Paşayev adına 39  saylı tam orta məktəblə əməkdaşlıq müqaviləsi bağladıqdan sonra müqavilənin bütün istiqamətlərinin reallaşmasını daim diqqət mərkəzində saxlayır. Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mübariz Yusifovun 9-cu sinif şagirdlərinə “Klassik ədəbiyyatın dili” mövzusunda açıq dərs keçməsi göstərilən fəaliyyətin diqqətəlayiq bir nümunəsidir.

Açıq dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, şöbənin  təcrübə rəhbəri dosent Cabbar Qarayev, Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri, universitetin  baza məktəbləri ilə əlaqələndirən  işçi qrupunun sədri dosent Allahverdi Quliyev, məktəbdə olan rəhbər müəllimlər və təcrübəçi tələbələr iştirak etmişlər.

Ali məktəb professorunun açıq dərs keçməsi şagirdlərin hədsiz marağına səbəb oldu. Böyük ustalıqla deyilən dərs, dil faktları və onların elmi izahı, şagirdlərin bilik səviyyəsinin nəzərə alınması istər-istəməz onlarda elmə, təhsilə qarşı həvəslərini daha da artırmış oldu. Bu həm də xalqımızın, dilimizin qədimliyindən xəbər verdiyindən uşaqların qürur duymalarına öz təsirini göstərmiş oldu. Açıq dərs nəinki şagirdlər, eyni zamanda bütün iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.