TƏCRÜBƏÇİ TƏLƏBƏLƏR BİLİK YARIŞI TƏŞKİL ETMİŞLƏR

Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin və  Riyaziyyat-informatika fakültəsinin təşkilatçılığı ilə Əhməd Cavad adına  2 saylı tam orta məktəbdə tədbir keçirilmişdir. Belə ki, riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbələri məktəbin 7-ci sinif şagirdləri arasında bilik yarışı təşkil etmişlər. Yarışın təşkilində təcrübə rəhbəri Ənver Gəncəliyevin, pedaqoji təcrübədə olan tələbələrdən İltimas Pirverdiyevanın, Nərgiz Əsgərovanın, Məlahət Əsədovanın  xüsusi əməyi olmuşdur.

Bilik yarışında qələbə qazanan şagirdlər mükafatlandırılmışlar.