“10 Fikir”in növbəti müzakirəsi baş tutub.
İştirakçılar tərəfindən maraqla qarşılanan 8 –ci müzakirədə qorxulardan danışılıb.
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Gəncə Regional Psixologiya Mərkəzinin (GRPM) əməkdaşlığı çərçivəsində GRPM-in Alfa klubunun aktivliyi olan “10 Fikir” in növbəti müzakirəsi həyata keçirilib. Spiker psixoloq Zahid Tağıyev terapiya vasitəsi ilə qorxunu necə yenmənin yolları haqda danışıb.
Daha sonra tədbir diskussiya şəklində davam edib.