2023/2024-CÜ TƏDRİS İLİNDƏ BAKALAVRİAT VƏ MAGİSTRATURA SƏVİYYƏLƏRİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLMUŞ DÖVLƏT HESABINA TƏHSİL ALACAQ SOSİAL HƏSSAS QRUPA AİD EDİLƏN AİLƏLƏRİN ÜZVÜ OLAN (TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD EDİLƏN) ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

     Gəncə Dövlət Universitetinin müxtəlif ixtisaslarına ödənişli əsaslara qəbul olmuş və təhsil haqqı ödənişindən azad edilən abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!

     Təhsil haqqı ödənişindən azad edilən tələbələr aşağıdakı statuslardan birinə malik olmalıdır:

       Qeydiyyat zamanı təhsil haqqı ödənişindən azad edilmək üçün aşağıda qeyd edilən sənədlərin şəklini PDF formatında portal.edu.az. saytında müvafiq xanalara yerləşdirilməlidir. Sənədlərin şəkli səliqəli və oxunan olmalıdır. Qeydiyyatdan sonra siyahıda qeyd edilmiş sənədlər Universitetin müəyyən etdiyi tarixə qədər Təhsil haqqı ödənişindən azad etmə komissiyasına təqdim edilməlidir.

    Məcburi köçkün, şəhid ailəsi, valideyn himayəsindən məhrum olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamani əlil olmuş və azərbaycan respublikasinin azadliği, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin, sağlamliq imkanlari məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər nəzərinə!

Məcburi köçkünlər:

1) Məcburi köçkün vəsiqəsi;

2) Şəxsiyyət vəsiqəsi;

3) Rayon (şəhər) icra hakimiyyətində yaradilmiş «Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi»nin yerli nümayəndəsindən arayiş;

   QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Valideyn himayəsindən məhrum olmuş şəxslər(23 yaşınadək):

1) Tələbənin valideyninin (sağ olduqda-atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi;

2) Himayəyə və qəyyumluğa verilmə barədə icra hakimyyəti başçisinin qərari;

3) Nigah haqqinda şəhadətnamə (valideynlərinin);

4) Ölüm haqqinda (atasinin və ya anasinin) şəhadətnamə;

5) Tələbənin doğum haqqinda şəhadətnaməsi;

6) I və ya II qrup əlil olan şəxsin (atasinin və ya anasinin) əlillik vəsiqəsi;

7) TSEK-in əlillik verilməsi barədə arayişi;

 8) Şəhər və ya rayon DSMF – dan arayiş; (əlillik barədə)

    QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

     Azərbaycan Respublikasinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamani əlil olmuş və azərbaycan respublikasinin azadliği, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşlarin uşaqları:

1) Tələbənin valideyninin (atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi (əsli və surəti);

2) Tələbənin doğum haqqinda şəhadətnaməsi;

3) Əlil olan şəxsin (atasının və ya anasının) əlillik vəsiqəsi;

4) TSEK-in (VTEK) – əlillik verilməsi barədə arayişi; -arayışda – Azərbaycan Respublikasinin müdafiəsi zamanı xəsarət almışdır – qeyd olunmalıdır;

5) Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

   QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Şəhid ailəsi üzvü (23 yaşınadək):

1) Tələbənin və valideyninin şəxsiyyət vəsiqəsi;

2) Tələbənin doğum haqqında şəhadətnaməsi;

3) Şəhid ailəsi vəsiqəsi;

4) Nigah şəhadətnaməsi;

5) Atasının (anasının, qardaşının, həyat yoldaşının) ölüm haqqında şəhadətnaməsi;

6) Hərbi komissarlıqdan arayış;

    QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Sağlamlıq imkanlari məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.

1. Şəxsiyyət vəsiqəsi;

2. TSEK-in əlillik verilməsi barədə arayişi;

3. Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

    QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏN AZADETMƏ KOMİSSİYASI