2023/2024-CÜ TƏDRİS İLİNDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ MAGİSTRATURA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ QƏBUL OLAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

2023/2024-cü tədris ilində Gəncə Dövlət Universitetinin müxtəlif ixtisaslarına magistratura təhsil səviyyəsi üzrə qəbul olan bakalavrlar www.portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətədək qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!

     Magistratura pilləsinə qeydiyyatdan keçmə vaxtı 21.07.2022-ci il tarixdən 31.07.2022-ci il tarix saat 23:59-a qədərdir.

    Portal.edu.az saytına  aşağıdakı sənədlərin yüklənməsi vacibdir:

1. Əvvəlki illərin məzunları bakalavr diplomu və diploma əlavə, cari ilin məzunları Universiteti bitirmələri haqqında arayış – PDF formatda (skan edilmiş formada)

2.  Universitetə ödənişli əsaslarla qəbul olunan tələbələrdən www.portal.edu.az  saytından qeydiyyatdan keçəndən sonra invoys nömrəsi yaranacaq. Yaranmış invoys nömrəsi üzrə təhsil haqqını ödəmək və ödəniş qəbzinin skan surətini təqdim etməyiniz xahiş olunur.  Ödəniş qəbzi təqdim olunmadığı halda qeydiyyata alınmayacaqsınız.

     Diqqət: portal.edu.az  saytından qeydiyyatdan keçən tələbələrdən tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetə təqdim etmələri tələb olunur:

Bakalavr diplomu və diploma əlavə əsli;

Cari ilin məzunları Universiteti bitirmələri haqqında arayış;

3×4ə 4 ədəd şəkil, Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış;

Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;

Kəndirli qovluq;

Hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə).

    Qeyd: portal.edu.az saytından qeydiyyatda çətinlik çəkən şəxslər aşağıdakı nömrələrlə (zəng və WhatsApp) əlaqə saxlaya bilər:

050-388-44-91

 055-648-00-79

051-912-50-80

    Tədris əyani formada təşkil olunur. Dərslər həftə içi beş gün olmaqla saat 17:00-da başlayır və V tədris binasında keçirilir.

   Tədris məşğələləri 15 sentyabr 2023-cü ildə başlayacaq.