27 sentyabr “Anım günü” ilə əlaqədər Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) GDU tələbələri ilə görüşü

27 sentyabr “Anım günü” ilə əlaqədər NAYORA-nın sədri Azər Əliyev və Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbudinin iştirakı ilə Gəncə Dövlət Universitetində tədbir keçirilmişdir. Tədbiri GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açıq elan etmişdir. İlk əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Dövlət Himni səsləndirilmişdir. Prorektor Gülsüm Fətəliyeva çıxışında vurğulamışdır ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı  Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər birimiz fəxr edirik. O da qeyd edilmişdir ki, “Azərbaycan Gəncliyi” 2017-2021-ci illərdə təsdiq olunmuş Dövlət Proqramları müvəffəqiyyətlə həyata keçirilmiş, bu isə  gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynamışdır.

  Tədbirin davamında NAYORA-nın sədri Azər Əliyev və Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbudi “44 Günlük Vətən Müharibəsi: Post-müharibə dövründə gənclər və gənclər təşkilatlarının əsas vəzifə və öhdəlikləri” mövzusunda geniş müzakirə aparmışdır.

  Tədbirin sonunda tələbələrin fikirləri dinlənilmiş və sualları cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti