31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

28 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində  Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “31 mart azərbaycanlıların soyqırımı günüdür” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Tələbə Gənclər Təşkilatının sədri Məmmədov Orxan açaraq erməni daşnakları tərəfindən azərbaycanlıların soyqırımı haqqında tələbələrə geniş məlumat verərək bildirmişdir ki, Mart soyqırımı və ya Mart hadisələri-1918-ci ilin 30 mart və 3 aprel tarixi arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Daha sonra Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə çıxış edərək tarixdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisələri ilə bağlı ətraflı məlumat verdi .1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Tələbələrdən Pedaqoji fakültənin II kurs tələbəsi Əsədullayeva Fidanın və  Tarix-coğrafiya fakültəsinin I kurs tələbəsi Hüseynzadə Səmanın “31 mart azərbaycanlıların soyqırımı günüdür” adlı   erməni şovinistlərinə nifrət dolu çıxışları tədbir iştirakçılarını bir daha riqqətə gətirdi, sanki bu nifrət gəncliyin yaddaşına əbədi həkk olundu.

Tədbirin sonunda  erməni vəhşiliyini əks etdirən videoçarx tədbiri bir qədər də mənalandırdı.