GƏNCLƏR ASUDƏ VAXTLARINI SƏMƏRƏLİ KEÇİRİRLƏR

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələrin dərsdən sonrakı vaxtlarının səmərəli təşkili,onların maraqlı vaxt keçirməsini təmin etmək daima diqqət mərkəzində olmuşdur. 27.03.2017-ci il tarixində asudə vaxtın səmərəli təşkil edilməsi istiqamətində növbəti görüş keçirildi. Universitetin Tarix-coğrafiya,İqtisadiyyat və idarəetmə,Riyaziyyat və informatika fakültələrinin tələbələrinin iştirakı ilə Gəncə şəhərində yerləşən Gənclər evində görüş keçirildi. İlk öncə Gənclər evinin qarşısında yaradılmış şəraitdən yararlanan gənclər idman alətlərindən istifadə edərək maraqlı vaxt keçirdilər.  Daha sonra tələbələr Gənclər evinə ekskursiya edərək  burada yaradılan şərait ilə yaxından tanış olmuş, daha sonra stolüstü tennis, bilyard və trenojor zalında maraqlı və səmərəli  gün keçirmişlər.Tələbələr yaradılan şəraitdən və ekskursiyanın təşkilindən öz razılıqlarını bildirdilər.