Qiyabi şöbənin I kurs tələbələri üçün Bolonya prosesi və kredit sistemi ilə bağlı maarifləndirici təlim keçirilib
07 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetində Qiyabi şöbənin I kurs tələbələri üçün Bolonya prosesi və kredit sistemi ilə bağlı maarifləndirici təlim keçirilib.
Təlim Tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov və I kurs tələbələrinin tyutoru Səidə Xanlı tərəfindən aparılıb. Tədbirdə Qiyabi şöbənin müdiri Elsevər Nağıyev, şöbənin tyutorları və I kurs tələbələri iştirak ediblər.
Təlim zamanı tələbələrə Bolonya prosesində kredit sistemi barədə ətraflı məlumat verilib, akademik borcun mahiyyəti və onun ödənilməsi mexanizmləri izah olunub. Həmçinin qayıb limiti, fənlər üzrə qiymətləndirmə sistemi və qiymətlərin hesablanma qaydaları barədə geniş məlumat təqdim edilib.
Tələbələr imtahan və semestr ərzində toplanan balların hesablanması, imtahan formaları və onların keçirilmə qaydaları haqqında da məlumatlandırılıblar.
Maarifləndirici təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.



