8 Noyabr-Zəfər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin fakültələrində tədbirlər keçirilib

8 Noyabr-Zəfər Günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin bütün fakültələrində silsilə tədbirlər keçirilib.

      Universitetin Filologiya və Xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən “Möhtəşəm Zəfər” adlı tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

     Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  çıxış edərək 44 günlük Vətən Müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıb. Qeyd edib ki, xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu.

      Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

    xxx

  8 Noyabr-Zəfər Günü münasibəti ilə növbəti tədbir universitetin Fizika və texniki fənlər fakültəsində keçirilib.

       Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru  Gülsüm Fətəliyeva, Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış ediblər.  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan, hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən söhbət açıblar.

     Daha sonra şəhid Fərid Əliyevin bacısı, fakültənin 2-ci kurs tələbəsi Sənubər Fəridli çıxış edib, digər tələbələrin ifasında şeirlər və mahnılar səsləndirilib.

XXX

    8 Noyabr-Zəfər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin  Kimya-biologiya fakültəsində tədbir keçirilib.

      Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni Dövlət Himni səsləndirilib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək Zəfər Günündən, 44 günlük Vətən Müharibəsində qəhrəman əsgərlərimizin igidliyindən söhbət açıb. Qeyd edib ki, xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin polad iradəsi sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq.

   Tədbirdə Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev və Botanika kafedrasının müdiri Vaqif Novruzov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan və hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən söhbət açıblar.

     Tədbirin bədii hissəsində tələbələr vətənpərvərliyə aid şeirlər səsləndiriblər.

XXX

    

Tarix-Coğrafiya fakültəsində  8 Noyabr-Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq xalqın birliyi, zəfərin əsasıdır” adlı tədbir keçirilib.

    Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin  xatirələrini bir dəqiqəlik sükutla yad edilib.

     Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva   və Tarix-Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxış edərək Zəfər Günün əhəmiyyətindən danışıblar.

   Tədbirdə Vətən müharibəsinin qaziləri və şəhid valideynləri gənclərə Vətənə və dövlətə bağlı olmağı tövsiyə ediblər.

    Zəfər Gününə həsr edilmiş tədbirin bədii hissəsində fakültənin fəal tələblərinin hazırladıqları müxtəlif şeir və musiqi nömrələri maraqla qarşılanıb.

     XXX

8 Noyabr-Zəfər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin Iqtisadiyyat və idarəetmə fakültəsində  tədbir keçirilib.

      Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni Dövlət Himni səsləndirilib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbirdə çıxış edərək Zəfər Günündən, 44 günlük Vətən Müharibəsində qəhrəman əsgərlərimizin igidliyindən söhbət açıb. Qeyd edib ki, qələbənin əldə edilməsində şəhidlərin və qazilərin rolu danılmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin polad iradəsi sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq.

      Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

       XXX

 8 Noyabr-Zəfər Günü ilə əlaqədar Pedaqoji fakültədə keçirilən tədbirdə əvvəlcə  Qarabağ müharibəsi qazilərinin iştirakı ilə  universitetdə şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstələri düzülüb.

     Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

         Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxışında Vətən müharibəsi zamanı tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, Qarabağ döyüşlərində əsgərlərimizin şücaətindən və torpaqlarımızın azad olunmasından danışıb.

    Tədbirin davamında tələbələrin ifasında Zəfər Gününə həsr edilən şeirlər söylənib və mahnılar səsləndirib.

       XXX

Riyaziyyat- İnformatika fakültəsində 8 Noyabr-Zəfər Gününə həsr edilən tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Çıxış edən natiqlər bildiriblər ki, xalqımız 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin üçüncü ildönümünü böyük coşqu və sevinc hissləri ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində qazanılan bu şanlı qalibiyyət 30 illik erməni işğalına son qoymaqla milli qürurumuzu qaytardı.

    Tədbirin davamında tələbələr vətənpərvərliyə aid mahnılar və şeirlər  səsləndiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti