Yenidənhazırlanma (ixtisasdəyişmə)

2019/2020-citədrisilindəaşağıdakıixtisaslarüzrəödənişliəsaslarlaəyaniformada

yenidənhazırlanma (ixtisasdəyişmə)təhsilialmaqüçün dinləyiciqəbulu

elan edir

Fizikamüəllimliyi
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Riyaziyyatmüəllimliyi
İnformatika müəllimliyi
Xarici dil müəllimliyi (İngilis dili)
Məktəbəqədər təlim və tərbiyə
İbtidai sinif müəllimliyi
Kimya müəllimliyi
Biologiya müəllimliyi
Tarix müəllimliyi
Coğrafiya müəllimliyi

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət  və özəl ali təhsil müəssisələrinin  məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

–  rektorunadınaərizə və müqavilə

– ali  təhsil haqqında sənədin  (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;

– 3×4 ölçüdə 2 ədədrənglifotoşəki;.

– sağlamlıq haqqında arayış;

– şəxsiyyət vəsiqəsinin surəti;

Yenidənhazırlanmatəhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədənuğurlakeçənlər müqavilə əsasında təhsil haqqı ödənilməklə yenidənhazırlanmatəhsilinəqəbuledilirlər. Dərslər oktyabr ayının 15-dən başlanır. Təhsil müddəti 8 aydır.

Qeyd: Sənədlər 01 iyul 2019-cuil tarixdən  (istirahət günlərindən başqa) sentyabrayının 31-nə qədər saat 10:00-dan 17:00-dək GDU-nun V tədris binasında (otaq 25 ) qəbul edilir.

 

ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57

GəncəDövlətUniversiteti, Vtədrisbinası

 

                                   Telefon:     (022) 264 – 24 -44,(055)296-66-86,(051)765-01-51

AZƏRBAYCAN  RESPUBLIKASI  TƏHSIL  NAZIRLIYI

 

GƏNCƏ DÖVLƏT UNIVERSITETI

 

            2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə (təkrar) ali təhsil almaq   istəyənlər üçün əyani və qiyabi təhsil forması üzrə

SƏNƏD QƏBULU ELAN EDIR:

 

       Əyani  təhsil forması üzrə:                Gəncə Dövlət Universitetində

                                                                       fəaliyyət göstərən bütün ixtisaslara.

Qiyabi  təhsil forması üzrə:               

       1. Iqtisadiyyat

Mühasibat uçotu və audit
Tarix
Sosial iş
Bədən tərbiyəsi və idman
Filologiya(Azərbaycan dili və ədəbiyyat)
Turizim və otelçilik
 Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona   bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

–  rektorun adına ərizə və müqavilə

– ali  təhsil haqqında sənədin  (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;

– əmək kitabçasının surəti;

– 3 x 4  sm ölçüdə 6 ədəd fotoşəkil;

– şəxsiyyət vəsiqəsinin surəti;

– sağlamlıq haqqında arayış.

 

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu  ilə  əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil – əyani təhsil formasında Azərbaycan və rus, qiyabi təhsil formasında isə Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

               QEYD: Sənədlər 2019-cu il  iyu1 ayının 1-dən avqustun 31-dək (istirahət günlərindən başqa)  saat 10.00-dan  17.30-dək  GDU-nun V tədris binasında Əlavə təhsil fakültəsinin dekanlığında qəbul edilir.

               ÜNVAN: AZ 2000, Gəncə şəhəri, CavadbəyRəfibəyli 57

GəncəDövlətUniversiteti, Vtədrisbinası

                                   Telefon:     (022) 264 – 24 -44

                                                                 (055) 296 – 66-86

                                                  (051)765-01-51