15 SENTYABR AZƏRBAYCANDA BİLİK GÜNÜDÜR

15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Elə həmin ildən etibarən 15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunmağa başlayıb. Təhsilə dövlət qayğısı, aparılan uğurlu təhsil islahatları, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi sosial layihələr nəticəsində son illər Azərbaycan təhsilində yeni inkişaf dövrünə qədəm qoyularaq bütün pillələr üzrə dövlət proqramları uğurla həyata keçirilir.

Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən müəyyən zaman kəsiyində həmişəkindən fərqli olaraq, professor-müəllim heyətini və tələbələrimizi Universitet auditoriyalarında deyil, monitor qarşısından salamlamalı olsaq da, 29 sentyabr tarixindən yenidən ənənəvi tədris prosesinə geri qayıdırıq. Gəncə Dövlət Universitetində tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub.

 Gəncə Dövlət Universiteti (GDU) mövcud təcrübə və ənənələri daha da möhkəmləndirmək, ölkənin peşəkar kadr və elmi potensialını zənginləşdirmək məramı ilə yeni dərs ilinə qədəm qoyur.

Yeni tədris iliniz mübarək!