“NARKAMANİYADAN UZAQ OLSAQ SAĞLAM GƏNCLİYƏ NAİL OLARIQ” MÖVZUSUNDA SÖHBƏT KEÇİRİLDİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəal tələbələri ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Narkamaniyadan uzaq olsaq sağlam gəncliyə nail olarıq” mövzusunda söhbət keçirildi.

Tədbirdən əvvəl Mərkəzin direktor əvəzi İlknur İsgəndərova gənclərə Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verdi.

Tədbiri açıq elan edən kitabxanaçı Tünzalə İsmayılova qeyd etdi ki, bu gün dünyanın bəlasına çevrilən, insanların, ən əsası gənclərin məhv olmasına səbəb olan narkomaniya haqqında maarifləndirici söhbətlərin aparılması vacibdir. Çünki narkotik maddələr insanların həm sağlamlığını, həm həyatını, həm də onun ətrafında olan yaxın və doğmalarının həyatını da məhv edir.

Heydəxr Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək bildirdi ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Sonda mövzu ilə əlaqədar tələbələrin verdiyi suallar cavablandırıldı.