KİMYA-BİOLOGİYA FAKÜLTƏSİNİN BURAXILIŞ KURS TƏLƏBƏLƏRİ İSTEHSALAT TƏCRÜBƏSİNDƏ

Rektorluğun 23.12.2021-ci tarixin 4/156 saylı əmrinə əsasən Kimya-biologiya fakültəsinin Biologiya, Kimya və Ekologiya mühəndisliyi ixtisaslarının IV kurs tələbələri Gəncə şəhər Endkrinoloji xəstəxana, 10 saylı ərazi və təbii sərvətlər idarəsi və Yaşıllaşdırma  idarəsində  istehsalat təcrübəsində iştirak edirlər. 26.04. 2022-ci il tarixdə  təcrübəçi tələbələr  Gəncə şəhər yaşıllaşdırma idarəsində təcrübədə olmuşdular. Təcrübə müddətində Gəncə şəhər icra hakimiyyətinin MKTİB-nın rəis müavini Elmar Əzizov, şöbə rəisi Müşviq Məmmədov, şöbə rəisi Elnur Qocayev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, təcrübə rəhbərləri Zabitə  Ələkbərova, Aygün Zeynalova, Leyli Namazova və təcrübəçi tələbələr iştirak edirdilər. MKTİB-nın rəis müavini Elmar Əzizov Yaşıllaşdırma idarəsində görülən işlər, bitkilərin becərilməsi, onlara qulluq qaydaları,  ilkin mərhələdə azot, fosfor və kali kübrələrindən istifadə qaydaları və yekun mərhələdə kalsium, maqnezium və dəmirdən istifadə olunma metodlarını təcrübəçi tələbələrə izah etdi. Təcrübə keçən tələbələr ixtisas kafedraları ilə birgə zəruri proqram, metodik göstəriş, gündəlik və digər materiallarla təmin olunmuşdular.

Təcrübəçi tələbələr yaşıllaşdırma idarəsində görülən işlərlə yaxından tanış oldular. Təcrübə proqramı əsasında həyata keçiriləcək işlərə dair qeydiyyatlar apardılar.