DAAD (Alman Akademik Mübadilə Xidməti) və OEAD (Avstriya Mübadilə Xidməti) Gəncə Dövlət Universitetində
Bildiyiniz kimi, Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər, Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir. Təşkilatımızın, demək olar ki, dünyanın bir çox ölkələrində məlumat mərkəzləri ilə təmsil olunur. Alman Akademik Mübadilə Xidməti (DAAD) Azərbaycanın və Almaniyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır.
Alman Akademik Mübadilə Xidməti (DAAD) hər il alman dili üzrə təhsil alan tələbələrin həm dünyagörüşünü, həm də dil biliklərini artırmaq məqsədilə, müntəzəm olaraq, yay məktəbləri və müəllimlər üçün ixtisasartırma seminarları təşkil edir. Bu il də ənənəmizə sadiq qalaraq, Gəncə Dövlət Universitetinin alman dilini tədris edən müəllimləri üçün ixtisasartırma seminarı təşkil etmək və tələbələr üçün Almaniyada təqaüd imkanları barədə məlumat vermək üçün may ayının 20-si və 21 –i tarixlərində Universitetimizə gəlmişlər.
Həmçinin, vurğulamaq istərdik ki, seminar çərçivəsində DAAD (Alman Akademik Mübadilə Xidmətinin), Azərbaycan Dillər Universitetindəki müəllimi xanım Mara Lisa Gezerlə yanaşı, OEAD (Avstriya Mübadilə Xidmətinin) həmin Universitetdəki müəllimləri Noemi Tanczos və Matthias Weiss və Bakı Slavyan Universitetinin müəllimi Samirə Kazımovanın iştirakı ilə təqaüd imkanları barədə məlumat verilmiş və müasir dərs metodları barədə seminar təşkil olunmuşdur.
Həmçinin, alman qonaqlarımız müəllim və tələbələrimizlə şəhərimizin tarixi və görməli yerlərində olmuşlar.