GDU-nun Fizika və Texniki fənlər fakültəsinin tələbələri universitetin Yataqxana Kopmleksi ilə tanış olmuşlar

Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin I və III kurs tələbələri universitetin Yataqxana Kompleksində olmuşlar. Tələbələrə burada yaradılan şərait barədə tələbələrə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, 744 tələbənin qala biləcəyi Yataqxana Kompleksi yüksəksürətli internet, fasiləsiz elektrik enerjisi və daimi isti-soyuq su ilə təmin olunmuşdur. Kompleksin 3 yaşayış binasında 400 nəfər tələbənin eyni anda istifadə edə biləcəyi yeməkxana, idman meydançası, fəvvarə, yaşıl zona və istirahət zonası mövcuddur. Hər bir mərtəbədə mətbəx, sanitar qovşağı, istirahət otağı, akt zalı vardır. Binaların birinci mərtəbəsində cəmaşırxana fəaliyyət göstərir. 95 ədəd təhlükəsizlik kamerasının quraşdırıldığı Yataqxanada universitetin əsas kitabxanası da yerləşir.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti