Mediasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev ilə görüş keçirib.
Görüşdə Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, universitetin Mediasiya Mərkəzinin müdiri Ruslan Məmmədov iştirak ediblər.
Rektor Yusif Yusibov universitetin əsas tədris binasında İnnovasiyalar Departamentinin nəzdində yaradılan Mediasiya Mərkəzi və bu sahədə görülən işlər haqqında ətraflı danışıb.
Görüşdə Gəncə Dövlət Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında mediasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb.
Memoranduma əsasən tələbələrin nəzəri biliklərin artırılması, onlar üçün təcrübə imkanlarının yaradılması və birgə tədqiqatların aparılması nəzərdə tutulur. Eyni zamanda memorandum çərçivəsində universitetin Mediasiya Mərkəzində müvafiq kurs keçən tələbələrin tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının təşkilatın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndirməsi üçün şərait yaradılacaq.
Görüş çərçivəsində Universitetin Mediasiya Mərkəzinin müdiri Ruslan Məmmədov və Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev Gəncə Dövlət Universitetdə yaradılmış Mediasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti