GDU-da “İnsan hüquqları aylığı” çərçivəsində tələbələrlə görüş keçirilib
Gəncə Dövlət Universitetində “İnsan hüquqları aylığı” çərçivəsində səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkili ilə bağlı tələbələrlə görüş keçirilib.
Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi, mayor İlkin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin rəisi, polkovnik-leytenant Yusif Əhmədov, Gəncə Hərbi Prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Farid Seyidov , Gəncə şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru, polis mayoru Tural Eldarov və buraxılış kurs tələbələri iştirak ediblər.
Rektorun baş müşaviri Asif Cavadov çıxış edərək universitetdə gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, onların həqiqi hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanması sahəsində görülən işlərdən bəhs edib. Son illər Azərbaycan ordusunun gücləndirilməsi istiqamətində Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb. Rektorun baş müşaviri bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu vurğulayıb.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri üzrə rəhbər şəxsləri, Gəncə Hərbi Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsinin səlahiyyətli nümayəndələri çıxış edərək insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu söyləyiblər, respublikamızda elan olunmuş “İnsan Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin çağırışçıların hüquqlarının izah olunması və şəffaflığın təmin edilməsi sahəsində mövcud fəaliyyəti gücləndirdiyini bildiriblər. Gənclərin hüquqi maarifləndirilməsinin, onların hüquqlarının və vəzifələrinin izah edilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti