GDU-da tyutor (akademik məsləhətçi) vəzifəsinə vakansiya üzrə müraciət edən şəxslər üçün imtahan keçirilib

            Gəncə Dövlət Universitetində “Tyutor xidməti”nə tyutor (akademik məsləhətçi) vəzifəsi  üçün elan edilən 15 vakansiya üzrə  28 nəfərin müraciəti əsasında imtahan təşkil olunub.  30.09.2024-cü il tarixdə başlanılan müsabiqədə Universitetin tədris-köməkçi, inzibati işçiləri və magistraturada təhsil alan 1-ci kurs tələbələri iştirak ediblər. Üç mərhələli müsabiqənin ilkin mərhələsində 28 nəfər namizədin İKT bilikləri yoxlanılıb.

      Müsabiqə  02 oktyabr 2024-cü il tarixdə yekunlaşacaq. Hər  üç mərhələdən müvəffəqiyyətlə keçənlər üçün  15 gün müddətində akademik təlim  təşkil ediləcək.

   Qeyd edək ki, Gəncə Dövlət Universitetində Tyutor Xidməti Tədris Departamentinin tərkibində  2022-ci ildən fəaliyyət göstərir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti