“ZƏRƏRLİ VƏRDİŞLƏRƏ ALUDƏ OLAN UŞAQLARA SOSİAL PEDAQOJİ DƏSTƏK” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ
27.11.2024-cü il tarixdə Magistratura şöbəsində Sosial pedaqogika ixtisasının I kursunda Ümumi Pedaqogika Kafedrasının baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Hacımuradova Lamiə Nizami qızının “ Zərərli vərdişlərə aludə olan uşaqlara sosial pedaqoji dəstək ” mövzusunda açıq dərsi keçirildi. Mühazirədə Ümumi pedaqogika kafedrasının dosenti Günel Məmmədova, pedaqogika üzrə fəlsəfə doktoru dosent (att-sız) Təhminə Nəbiyeva, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyeva iştirak edirdilər. Dərsdə müəllim əyani illustrativ, müəllimin şərhi və demonstrasiya metodlarından istifadə edərək “Niyə yeniyetmə və gənclər zərərli vərdişlərin onların mənəvi, psixoloji, sosial-iqtisadi sağlamlığına mənfi təsirini bildikləri halda, onlara qarşı biganə deyillər?” sualı ilə problemli situasiya yaratdı. Magistrant tələbələrdən aldığı müxtəlif cavablara görə, zərərli vərdişlər , onların yaratdığı fəsadlar haqqında geniş məlumat verdi. Rəqəmsal asılılığın yeniyetmələrin inkişafında mənfi tərəflərini sadalamaqla yanaşı onun müsbət istiqamətə yönəltməklə bağlı bir çox tövsiyələr verdi. Tələbələri maraqlandıran bir çox sualları izah edən müəllim zərərli vərdişlərə marağın səbəblərini və onun aradan qaıdırılması istiqamətində aparılan tədqiqatlardan əldə olunan nəticələri bildirdi. Belə uşaqların tərbiyəsinin yenidəntərbiyə sayəsində düzəlməsi, sağlam həyat tərzinə yönəldilməsi sahəsində məktəb, ailə və sosail cəmiyyətin əməkdaşlığı ilə bağlı maraqlı fikirlər səsləndirildi. Mövzu ilə əlaqədar tədim olunan fənnə aid təlim nəticələrinə nail olundu.