“Təhsil və tədqiqat innovasiyaları sahəsində yeni trendlər” mövzusunda elmi seminar
Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova tərəfindən “Təhsil və tədqiqat innovasiyaları sahəsində yeni trendlər” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Filologiya və xarici dillər fakültəsinin dekanı, dos. Yadigar Əliyev, fakültənin elmi işlər üzrə dekan müavini Mehriban Məmmədova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Elnarə Abdullayeva, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbin direktoru Yeganə İsgəndərova, müəllimlər və tələbələr iştirak ediblər.
Dosent Səba Namazovanın təhsil və tədqiqat sahələrində innovasiyaların ən müxtəlif aspektləri, onlayn və hibrid təhsil modelləri, əlçatanlıq və inklüzivlik, təhsili formalaşdıran trendlər: süni intellekt, virtual reallıq haqqında geniş məzmunlu, elmi araşdırmalara söykənən fakt və mülahizələrlə zəngin nitqi auditoriya tərəfindən maraqla qarşılanıb.
Sonda mövzu ətrafında suallar səsləndirilib.



