Dövlətçilik və Liderlik Məktəbi: Heydər Əliyev – 103
Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində “Dövlətçilik və Liderlik Məktəbi: Heydər Əliyev – 103” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.
Unversitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenov, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı, Coğrafiya kafedrasının siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli, Azərbaycan tarixi kafedrasının baş müəllimi Tünzalə Cahangirova və Tarix ixtisasının I kurs tələbəsi Fatimə Seyidova çıxış ediblər.









